Mozambikdə təbii fəlakət: Ölkə prezidenti Davosa səfərini ləğv etdi
Dünya
252
19 Jan 2026 | 21:57

Mozambikdə təbii fəlakət: Ölkə prezidenti Davosa səfərini ləğv etdi

Uzun müddət davam edən güclü yağışlar və nəticədə yaranan daşqınlar Mozambik paytaxtını ölkənin qalan hissəsindən təcrid edib.

Moderator.az xəbər verir ki, bu barədə AIM milli xəbər agentliyi Mozambik Yol İdarəsinə istinadən məlumat yayıb.

Hakimiyyət orqanları ictimaiyyəti İnkomati çayının öz məcrasından çıxdığı barədə xəbərdar edib və ölkənin cənubu ilə şimalını birləşdirən 1-ci magistral yolda Maputo əyalətində bir neçə kilometr məsafədə nəqliyyatın hərəkətini dayandırıblar. Agentliyin baş direktorunun müavini Migel Koanainin sözlərinə görə, Maputodan ölkənin digər şəhər və kəndlərinə avtomobillə getmək artıq mümkün deyil. Departament əməkdaşları su basmış körpülərin vəziyyətini yoxlayırlar.

Ölkədəki çətin vəziyyətə görə Prezident Daniel Çapu Davosda keçiriləcək Dünya İqtisadi Forumuna səfərini ləğv edib.

Link kopyalandı!
Son xəbərlər