Donald Tramp: Avropa diqqətini Qrenlandiyaya yox, Ukraynadakı müharibəyə yönəltməlidir
Dünya
335
21:00, Bu gün

Donald Tramp: Avropa diqqətini Qrenlandiyaya yox, Ukraynadakı müharibəyə yönəltməlidir

Avropa ölkələri diqqətini Qrenlandiya məsələsinə yox, Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəltməlidirlər.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "NBC News"a müsahibəsində bildirib.

Qeyd olunub ki, Tramp milli təhlükəsizliyin xarici təhdidlərdən qorunması üçün zəruri saydığı Qrenlandiyanı əldə etmək cəhdlərinə müqavimət göstərən Avropa liderlərini tənqid edib:

"Avropa diqqətini Rusiya və Ukrayna müharibəsinə yönəltməlidir, çünki, açığı, bunun nəyə gətirib çıxardığını görürsünüz. Avropanın diqqət yetirməli olduğu məsələ budur, Qrenlandiya deyil".

Tramp Qrenlandiya ilə bağlı razılaşma olmadığı təqdirdə Avropa ölkələrinə qarşı rüsum tətbiq etmək planlarını həyata keçirəcəyi ilə bağlı sual belə cavab verib: "Bəli, 100 %".

ABŞ lideri Danimarka adasını ələ keçirmək üçün güc tətbiq edib-etməyəcəyi sualını isə "Şərhsiz" deyərık cavablandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər