20:42
2°C
Bakı
Kabildə baş verən partlayış nəticəsində 7 nəfər ölüb.
Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, partlayış Əfqanıstan paytaxtındakı otellərdən birində baş verib.
Hadisə zamanı 4 qadın və bir uşaq da xəsarət alıb.
Məlumata görə, xəstəxanaya aparılan 20 nəfərdən 7-si yolda ölüb.
Qeyd edək ki, partlayış səfirliklər, iri ticarət obyektlərinin yerləşdiyi Şəhre Nav adlı ərazidə baş verib. Həmin ərazi Kabildə ən təhlükəsiz yerlərdən biri sayılır.