26 avtomobil toqquşub: Xəsarət alanlar var
Dünya
486
17:57, Bu gün

26 avtomobil toqquşub: Xəsarət alanlar var

Almaniyanın qərbindəki Essen şəhəri (Şimali Reyn-Vestfaliya federal torpağı) yaxınlığında A42 avtobanında avtomobil qəzası baş verib. Qəza zamanı 26 avtomobil toqquşub.

Moderator.az-ın xəbərinə görə, bu barədə "N-tv" telekanalı məlumat verib.

Məlumata görə, qəza nəticəsində 20-dən çox insan xəsarət alıb.

Kanalın bildirdiyinə görə, qəza Reyn-Hern kanalının üzərindəki körpüdə sürüşkən yol səthində baş verib.

Yanğınsöndürmə idarəsinin ilkin məlumatına görə, 25 nəfər yüngül xəsarət alıb, onlardan beşi ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

Dispetçer mərkəzi bildirib ki, birinci avtomobil buz bağlamış yolda sürüşüb və daha sonra digər nəqliyyat vasitələri ona çırpılıb.

Avtobanın bu hissəsində hərəkət dayandırılıb, yolda kilometrlərlə tıxac yaranıb.

Link kopyalandı!
Son xəbərlər