Qüdsdə bağçada naməlum maddədən kütləvi zəhərlənmə: 55 uşaq xəstəxanaya yerləşdirildi
Dünya
256
17:48, Bu gün

Qüdsdə bağçada naməlum maddədən kütləvi zəhərlənmə: 55 uşaq xəstəxanaya yerləşdirildi

Qüdsdə uşaq bağçasında naməlum təhlükəli maddənin sızmasından zəhərlənmə şübhəsi ilə 55 uşaq xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Magen David Adom" təcili yardım xidməti məlumat yayıb.

"55 uşaq tənəffüs problemi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Dördaylıq iki körpənin vəziyyəti kritik qiymətləndirilir və reanimasiyaya göndərilib", - deyə açıqlamada bildirilib.

İsrail mətbuatının yazdığına görə, polis özəl uşaq bağçasında qızdırıcı cihazdan təhlükəli kimyəvi maddənin sızması ilə bağlı ehtimalı araşdırır.

Link kopyalandı!
Son xəbərlər