Ermənistanda qondarma soyqımı muzey-institutunun sabiq direktorunun mənzilində axtarış aparılır
Dünya
258
17:29, Bu gün

Ermənistanda qondarma soyqımı muzey-institutunun sabiq direktorunun mənzilində axtarış aparılır

Ermənistanda qondarma soyqımı muzey-institutunun sabiq direktoru, tarix elmləri doktoru Ayk Demoyanın mənzilində axtarış aparılır.

Moderator.az “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Demoyan özü sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, axtarış onun iştirakı olmadan həyata keçirilir.

Ermənistanın İstintaq Komitəsi bildirib ki, axtarış muzeydən itmiş 19 dəyərli kitabla bağlı cinayət işi çərçivəsində aparılır.

Demoyanın muzeydən itmiş dəyərlı 19 kitabla bağlı müsahibəsində qeyd etdiyi mümkün məsul şəxslərin içərisində Xarici İşlər naziri Ararat Mirzoyanın və “Vətəndaş Müqaviləsi” deputatı Vladimir Vardanyan adları var idi.

Məlumata görə, 2025-ci ilin noyabr ayında Xarici İşlər naziri Ararat Mirzoyan Demoyana qarşı itmiş kitablar işi ilə bağlı açıqlamaları səbəbindən məhkəməyə müraciət edib.

Link kopyalandı!
Son xəbərlər