Tramp Netanyahunu Qəzzada yaradılacaq
Dünya
310
17:20, Bu gün

Tramp Netanyahunu Qəzzada yaradılacaq "Sülh Şurası"na dəvət edib

ABŞ Prezidenti Donald Tramp Qəzzada “Sülh Şurası”na İsrailin Baş naziri Benyamin Netanyahunu da dəvət edib.

Moderator.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qeyd edək ki, atəşkəz razılaşmasının bir hissəsi olaraq, Qəzzada post-HAMAS dövründə idarəçiliyin həyata keçirilməsi üçün texnokratik hökumət yaradılıb.

Bu hökumətə nəzarət məqsədilə təşkil ediləcək “Sülh Şurası”nda iştirak üçün bir sıra ölkələrin rəhbərləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin dəvət edilib.

Link kopyalandı!
Son xəbərlər