İran Prezidenti Məsud Pezeşkian 11 günlük bloklanmadan sonra ölkədə internet bağlantısına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
"Onlayn ticarətin asanlaşdırılmasına və rabitə məhdudiyyətlərinin azaldılmasına ehtiyac var. Mən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmağı tövsiyə etmişəm", - deyə İran prezidenti bildirib.
O, həmçinin etirazlar zamanı saxlanılan şəxslərin işlərinə diqqətlə baxılmasının vacibliyini də önə çəkib: "Məlum hadisələrlə əlaqədar saxlanılan insanların işlərinə baxılarkən son dərəcə hərtərəfli və ədalətli olmaq lazımdır".
Məlumata görə, yanvarın 8-dən İranda internet xidməti faktiki olaraq iflic vəziyyətindədir.