İspaniyada dəhşətli qatar qəzası ilə bağlı matəm elan ediləcək
Dünya
370
16:57, Bu gün

İspaniyada dəhşətli qatar qəzası ilə bağlı matəm elan ediləcək

İspaniya hakimiyyəti iki sərnişin qatarının toqquşması nəticəsində baş verən qəza ilə bağlı üç günlük matəm elan edəcək.

Moderator.az-ın xəbərinə görə, bu barədə "laSexta" telekanalı informasiya verib.

Son məlumatlara görə, qəza nəticəsində 39 nəfər ölüb, 152 nəfər yaralanıb.

"Hökumət Adamuzdakı faciə ilə əlaqədar üç günlük rəsmi matəm elan edəcək", - deyə KİV-in məlumatında bildirilib.

Xatırladaq ki, yanvarın 18-də Adamuz şəhəri yaxınlığında iki sürət qatarı toqquşub. Qəza yerli vaxtla təxminən saat 19:40-da (Bakı vaxtı ilə saat 22:40 - red.) qeydə alınıb. 317 sərnişinlə Malaqadan Madridə gedən qatar relsdən çıxaraq qonşu yola keçib, həmin istiqamətdə hərəkət edən və təxminən 100 sərnişin ilə Madriddən Uelvaya doğru hərəkətdə olan digər qatarla toqquşub.

Link kopyalandı!
Son xəbərlər