19:21
2°C
Bakı
Avropa İttifaqı Şurasının növbədənkənar sammiti yanvarın 22-də Brüsseldə keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” Avropa İttifaqı Şurası Prezidenti Antonio Koştanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, sammit Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin, o cümlədən Vaşinqtonun Qrenlandiya ilə bağlı niyyətləri fonunda yaranan vəziyyətin müzakirəsinə həsr olunub.
Qeyd olunub ki, sammit Aİ-na üzv ölkələrin liderlərinin şəxsi iştirakı ilə keçiriləcək.