Çində güclü zəlzələ oldu
2073
19 Jan 2026 | 16:40

Çində güclü zəlzələ oldu

Çinin cənubunda, Yunnan bölgəsində 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çjaotun şəhərindən 39 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Link kopyalandı!
Son xəbərlər