Dünyanın ən çirkli havası olan şəhərinin ADI AÇIQLANDI
Dünya
341
16:30, Bu gün

Dünyanın ən çirkli havası olan şəhərinin ADI AÇIQLANDI

Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyanın ən çirkli havaya malik şəhərlərinin reytinqində birinci yeri tutub.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "World Air Quality" təşkilatının məlumatlarında qeyd olunub.

Hazırkı sözügedən postsovet şəhərinin havasının keyfiyyət indeksi 310 AQI-dir (Dünya Hava Keyfiyyəti İndeksi). Normalda hava keyfiyyəti indeksi 50 AQI-dən az olmalıdır.

Xəbərdə bildirilir ki, havanın çirkli olması sakinlərdə astma tutmaları və öskürəyə səbəb ola bilər.

Link kopyalandı!
Son xəbərlər