17:47
3°C
Bakı
Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyanın ən çirkli havaya malik şəhərlərinin reytinqində birinci yeri tutub.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "World Air Quality" təşkilatının məlumatlarında qeyd olunub.
Hazırkı sözügedən postsovet şəhərinin havasının keyfiyyət indeksi 310 AQI-dir (Dünya Hava Keyfiyyəti İndeksi). Normalda hava keyfiyyəti indeksi 50 AQI-dən az olmalıdır.
Xəbərdə bildirilir ki, havanın çirkli olması sakinlərdə astma tutmaları və öskürəyə səbəb ola bilər.