İsrail İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
Dünya
391
12:50, Bu gün

İsrail İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı

İsrailin hərbi qüvvələri İordan çayının qərb sahilində yerləşən Xevron şəhərində genişmiqyaslı antiterror əməliyyatına başlayıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK, Şin Bet) birgə məlumat yayıblar:
 
"SAXAL, ŞABAK və Sərhəd Polisi bölmələri gecə ərzində Xevron şəhərində genişmiqyaslı antiterror əməliyyatına start veriblər. Şəhərin Cəbəl-Cohar rayonunda təhlükəsizlik qüvvələri terror infrastrukturunu, qanunsuz silahları məhv etmək və təhlükəsizliyi gücləndirmək üçün əməliyyat keçirirlər. Prosesin bir neçə gün davam etməsi gözlənilir".
 
Xəbərdə bildirilir ki, İsrail qüvvələri İordan çayının qərb sahilində İudei və Samariya boyunca da terrorizmin qarşısını almaq üçün əməliyyatları davam etdirəcəklər.
 
Link kopyalandı!
Son xəbərlər