Nobel Sülh Mükafatı verilmədi, Tramp qəzəbləndi: Avropaya sərt mesaj
Dünya
214
12:14, Bu gün

Nobel Sülh Mükafatı verilmədi, Tramp qəzəbləndi: Avropaya sərt mesaj

ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Qar Störeyə məktub göndərib. 

Moderator.az xəbər verir ki, Qrenlandiya məsələsinə görə Avropa ilə gərginlik artarkən, ABŞ Prezidenti Tramp ərazi ilə bağlı iddiasını bir daha təkrarlayıb və Nobel Sülh Mükafatının ona verilməməsi qərarına yenidən toxunaraq artıq sülhü düşünmək məcburiyyətində olmadığını bəyan edib.

Məktubda aşağıdakı fikirlər yer alıb:

“Əziz Jonas,

8 müharibəni dayandırmış olmama BAXMAYARAQ ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarı fonunda artıq yalnız sülhü düşünmək öhdəliyi hiss etmirəm. Sülh hər zaman əsas amil olacaq, lakin bundan sonra Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğunu da düşünə bilərəm.

Danimarka həmin ərazini Rusiya və ya Çindən qoruya bilməz və ümumiyyətlə niyə ‘mülkiyyət hüququna’ sahib olmalıdır ki? Yazılı heç bir sənəd yoxdur, sadəcə yüz illər əvvəl ora bir qayığın yan alması faktı var. Bizim də ora yan alan qayıqlarımız olub.

NATO-nun qurulduğu gündən bu yana NATO üçün hər kəsdən daha çox iş görmüşəm və artıq NATO da Amerika Birləşmiş Ştatları üçün nəsə etməlidir.

Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmadığı müddətcə dünya təhlükəsiz deyil.”

Qeyd edək ki, ABŞ-nin Venesuelaya qarşı keçirdiyi əməliyyatdan sonra ötən həftə Ağ Evə gedən Venesuela müxalifət lideri Mariya Korina Maçado Donald Trampa Nobel Sülh Mükafatının medalını təqdim edib. Bu hadisə Vaşinqtonda və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. 

Maçadonun bu jestindən sonra Nobel Fondu sərt açıqlama yayıb. Açıqlamada Nobel Sülh Mükafatının yalnız “bəşəriyyətə ən böyük töhfə verən şəxslərə” təqdim edildiyi vurğulanıb. Mükafatın simvolik olaraq belə, verilməsi və ya paylaşılmasının mümkün olmadığı bildirilib. Bu açıqlamadan sonra bu gün Trampdan məktub gəlib. Sözügedən bəyanat Maçadonun addımına dolayı tənqid kimi dəyərləndirilib.

PBS News-un məlumatına görə, Norveçin Baş naziri Jonas Qar Störeyə ünvanlanan məktub Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən bir çox Avropa ölkələrinin səfirlərinə də çatdırılıb.

Link kopyalandı!
Son xəbərlər