01:36
4°C
Bakı
İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə hücum baş verərsə, bu, ölkəyə qarşı tammiqyaslı müharibə demək olacaq.
Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizin Ali Rəhbərinə hücum etmək İran xalqına qarşı total müharibəyə bərabərdir”, - Pezeşkian qeyd edib.
Xatırladaq ki, İranın bir sıra böyük şəhərlərində narazılıqlar dekabrın 29-da riyalın kəskin dəyər itirməsi səbəbindən baş qaldırmış küçə etirazları ilə başlayıb və ölkə üzrə yayılıb.