İranda etirazçılar Fələstin səfirinin iqamətgahına hücum edib, onu yaralayıblar
Dünya
187
18 Jan 2026 | 22:40

İranda etirazçılar Fələstin səfirinin iqamətgahına hücum edib, onu yaralayıblar

İranda etirazlar zamanı nümayişçilər Fələstin səfirinin iqamətgahına hücum ediblər.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin İran üzrə eksperti Beni Sabti sosial şəbəkə hesabında yazıb. 

"İran hökumətinə qarşı etirazlar zamanı iğtişaşçılar Fələstin səfiri Salam Zəvavinin evinə hücum ediblər. Məlumata görə, diplomat yaralanıb və binanın bir hissəsi dağılıb", - deyə ekspert "X"də yazıb.

Ekspert əlavə edib ki, hələlik hadisə ilə bağlı rəsmi təsdiq və ya təfərrüatlar yoxdur.

Beni Sabti İsrailin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun (INSS) İran üzrə mütəxəssisidir. İran əsilli Sabti 1987-ci ildə İsrailə qaçıb və orada əsasən İranla əlaqəli layihələrdə çalışıb.

 

(Unikal)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər