Braziliya Prezidenti Luis İnasio Lula da Silva Latın Amerika və Karib regionunda 660 milyondan çox insanın yaşadığını xatırladaraq, ölkələrin milli maraqlarını müdafiə etməli olduğunu vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetində qeyd olunub.
“Biz hegemonist arzulara tabe olmayacağıq. Çoxşaxəli yanaşmaya əsaslanan, firavan və sülhsevər bir region yaratmaq yeganə düzgün yoldur”, - Lula da Silva bildirib.
Prezident ABŞ-nin Venesuela ilə bağlı hərəkətlərini və ölkənin qanuni prezidenti Nikolas Maduro ilə həyat yoldaşı Silia Floresin girov götürülməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
“200 ildən artıq müstəqillik tariximizdə ABŞ-nin Cənubi Amerikaya birbaşa hərbi müdaxiləsi ilk dəfə baş verib”, - deyə o əlavə edib.
(Teleqraf)