23:19
4°C
Bakı
Çilinin cənubunda baş verən meşə yanğınlarında ən azı 15 nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik naziri Luis Kordero "BioBio" radiostansiyasına bildirib.
Yanğınlar ən çox BioBio bölgəsinə zərər vurub. Burada 14 nəfər həlak olub. Nyuble bölgəsində daha bir nəfər ölüb.
Çilinin daxili işlər naziri Alvaro Elisalde mətbuat konfransında bu iki bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.