22:56
4°C
Bakı
ABŞ Maliyyə naziri Skott Bessent ABŞ-nin NATO-da qalacağını təsdiqləyib.
Moderator.az xəbər verir ki, o, bunu "NBC News" kanalına müsahibəsində bildirib.
“Əlbəttə, biz NATO-nun bir hissəsi olaraq qalacağıq”, – deyə Bessent
Eyni zamanda nazir Vaşinqton üçün Qrenlandiyanın birləşməsinin yoxsa Şimali Atlantika alyansının daha vacib olması ilə bağlı suala birbaşa cavab verməyib.
“Bu düzgün seçim deyil”, - deyə Bessent əlavə edib.
Onun sözlərinə görə, Avropa liderləri vəziyyəti anlayacaq və ABŞ-nin təhlükəsizlik çətiri altında olmağın vacibliyini başa düşəcəklər.
(Teleqraf)