Suriyada atəşkəs əldə olundu
Dünya
259
18 Jan 2026 | 21:23

Suriyada atəşkəs əldə olundu

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa kürd koalisiyası "Suriya Demokratik Qüvvələri" ilə yeni atəşkəs razılaşmasını təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə Suriya televiziyası "Syria TV" məlumat yayıb.

Sənəd bütün döyüş xəttlərində atəşin dayandırılmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, bütün SDS birləşmələri Fərat çayının şərq sahilinə köçürüləcək. Həmçinin, Deyr-əz-Zor vilayətindəki neft və qaz yataqları hökumətin nəzarətinə keçəcək.

Link kopyalandı!
Son xəbərlər