Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
Dünya
233
20:13, Bu gün

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib.

Moderator.az xəbər verir ki, bu sözləri Hindistanın müdafiə naziri Racnat Sinqh deyib.

Qeyd edək ki, Hindistan mediasının məlumatına görə, Ermənistan əvvəllər dörd “Pinaka” batareyasının tədarükü üçün müqavilə imzalamışdı ki, bu müqaviləyə çoxlüləli sistemlər və digər müdafiə avadanlıqları üçün idarə olunan raketlərin ixracı da daxil idi.

Buraxılış sistemlərinin çatdırılması 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayına qədər başa çatıb. Mənbələr bildirmişdi ki, SDAL idarə olunan raketləri hazır olduqdan sonra Ermənistana göndərəcək.

 

(Axar.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər