Qəzzanın üzrə Fələstin Milli Komitəsinin tam tərkibi elan edilib
Dünya
134
19:40, Bu gün

Qəzzanın üzrə Fələstin Milli Komitəsinin tam tərkibi elan edilib

Qəzza sektorunun idarə olunması üzrə Fələstin Milli Məsləhətçi Komitəsi Qahirədə ilk iclasını keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahira əl-İxbariya” telekanalı məlumat yayıb.

İclas zamanı komitə ilk bəyannaməsini qəbul edib və yeni inzibati orqanın tam tərkibini elan edib. Məlumata görə, komitənin tərkibinə 12 nəfər daxil edilib. Onlar iqtisadiyyat, sənaye, ticarət, təhsil, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə və təhlükəsizlik sahələrinə cavabdeh olan fələstinli texnokratlardan ibarətdir.

Bundan əlavə, müvəqqəti administrasiyada HƏMAS hərəkatının tanınmış əleyhdarı Sami Nasman (Qəzzada daxili təhlükəsizliyə nəzarət edəcək), Fələstin Milli Administrasiyasının (FNA) Ali Məhkəməsinin keçmiş sədri Adnan Əbu Varda (ədliyyə sahəsinə cavabdeh olacaq) və FNA-da sahibkarlıq və iqtisadi hüquqlar üzrə sabiq nazir Üsamə əs-Saadavi (yaşayış tikintisi sektoruna rəhbərlik edəcək) də yer alıb.

Komitənin 15 yanvar tarixli iclasının yekunlarına əsasən qəbul edilən ilk bəyannamədə Qəzzada əsas kommunal xidmətlərin bərpasının, həmçinin təhsil və səhiyyə sahələrinin fəaliyyətinin yenidən qurulmasının vacibliyi vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər