Çində metallurgiya zavodunda partlayış: Ölənlər var
Dünya
383
18:56, Bu gün

Çində metallurgiya zavodunda partlayış: Ölənlər var

Çinin Daxili Monqolustan muxtar rayonunun Baotou şəhərində yerləşən poladəritmə zavodunda baş verən güclü partlayış nəticəsində iki nəfər ölənlər, beş nəfər itkin düşüb.

Moderator.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha 66 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın baş verdiyi müəssisə dünyanın ən iri polad istehsalçılarından biri olan "Baotou" Poladəritmə Şirkətinə məxsusdur. Sənaye qəzasının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər