Suriya ordusu Rəqqanın mərkəzinə daxil olub
Dünya
321
18:26, Bu gün

Suriya ordusu Rəqqanın mərkəzinə daxil olub

Suriya ordusunun ön bölmələri ölkənin şimal-şərqində yerləşən Rəqqa şəhərinin mərkəzi rayonlarına daxil olub.

Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Suriya hərbi nümayəndəsinə istinadla məlumat yayıb.

Fərat çayının sahilində yerləşən və eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər Dəməşqdən təxminən 520 kilometr şimal-şərqdə yerləşir.

Məlumata görə, hökumət qoşunları daha əvvəl ölkənin şimal vilayətlərini birləşdirən strateji əhəmiyyətli Hələb-Rəqqa-Deyr-əz-Zor avtomobil yoluna nəzarəti də təmin edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər