KİV: Almaniyalı hərbçilər Qrenlandiyanı təcili tərk etmək əmri alıblar
Dünya
181
17:53, Bu gün

KİV: Almaniyalı hərbçilər Qrenlandiyanı təcili tərk etmək əmri alıblar

Qrenlandiyada olan Almaniya hərbçiləri yanvarın 18-də səhər saatlarında gözlənilmədən Berlindən adanı təcili tərk etmək əmri alıblar.

Moderator.az bildirir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, admiral Ştefan Paulinin rəhbərlik etdiyi 15 əsgər və zabit artıq Nuuk hava limanındadırlar və adanı "Icelandair" aviaşirkətinin təyyarəsi ilə tərk etməlidirlər.

Qəzet iddia edir ki, ordunun ön qrupu Almaniya hökumətindən qəfil gedişlə bağlı hər hansı bir əsaslandırma almayıb.

Yanvarın 16-da adaya gələn hərbçilərin Qrenlandiyada daha uzun müddət qalacağı gözlənilirdi.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər