İranlı diplomat İsveçrədən sığınacaq istəyib
Dünya
191
15:36, Bu gün

İranlı diplomat İsveçrədən sığınacaq istəyib

BMT-nin Cenevrədəki mənzil-qərargahında işləyən yüksəkvəzifəli iranlı diplomat postunu tərk edərək İsveçrədə sığınacaq üçün müraciət edib.
 
Moderator.az bildirir ki, bu barədə "Iran International" mənbələrə istinadən xəbər verir.
 
Mənbələrin bildirdiyinə görə, İranın BMT-dəki daimi nümayəndəliyinin yüksəkvəzifəli əməkdaşı Əlirza Ceyrani Hökmabad işdən ayrıldıqdan sonra ailəsi ilə birlikdə sığınacaq üçün ərizə təqdim edib.
 
O, müşavir vəzifəsini tutub və faktiki olaraq İranın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanındakı nümayəndəliyinin rəhbər müavini vəzifələrini icra edib.
 
Qeyd edilib ki, Ə.Ceyrani ölkədə davam edən siyasi və sosial təlatümlərin mümkün nəticələr ilə bağlı narahatlıqlara görə İrana qayıtmamaq qərarına gəlib.
Link kopyalandı!
Son xəbərlər