Əfqanıstandan Tacikistana keçən silahlılar zərərsizləşdiriliblər
Dünya
240
14:52, Bu gün

Əfqanıstandan Tacikistana keçən silahlılar zərərsizləşdiriliblər

Əfqanıstanla sərhədi keçərək qanunsuz yolla Tacikistana daxil olan dörd silahlı zərərsizləşdirilib.
 
Moderator.az "Xovar" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
 
Məlumata əsasən, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyaləti tərəfdən Tacikistanın Xatlon vilayəti ərazisinə qeyri-qanuni yolla daxil olublar.
 
Bildirilir ki, terrorçular sərhədçilərin təslim olmaq əmrinə tabe olmayaraq silahlı müqavimət göstəriblər. "Döyüş əməliyyatları zamanı terrorçuların dördü də məhv edilib", - deyə bəyanatda vurğulanır.
 
Link kopyalandı!
Son xəbərlər