Tanınmış aktyor
Dünya
135
14:00, Bu gün

Tanınmış aktyor "Gucci" tədbirindən QOVULDU

Amerikalı aktyor Eşton Katçer bir vaxtlar bədən quruluşuna görə "Gucci"dəki modellik işindən necə qovulduğundan danışıb.
 
47 yaşlı aktyor "Entertainment Weekly" ilə söhbətində xatirələrini bölüşüb.
 
Katçerin sözlərinə görə, o, 19 yaşında modelliyə başlayıb. Bir gün gələcək kino ulduzu "Gucci" üçün eksklüziv kampaniyaya dəvət alıb. Şirkətin baş direktoru Tom Ford şəxsən İtaliyada modelləri seçib.
 
"Mənə çəhrayı çimərlik geyimi geyindirdi. Çəkim 80 kiloqram idi. Dedi ki, çox kökəm və məni tədbirdən kənarlaşdırdılar", - Katçer bildirib.
 
İndi aktyor bu hekayəni gülüşlə xatırlayır. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər