KİV: ABŞ Qəzza üzrə Sülh Şurasına daimi üzvlük üçün bir milyard dollar tələb edib
Dünya
134
12:59, Bu gün

KİV: ABŞ Qəzza üzrə Sülh Şurasına daimi üzvlük üçün bir milyard dollar tələb edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza üzrə Sülh Şurasına daimi üzv olmaq iddiasında olan dövlətlərdən minimum bir milyard dollar məbləğində ödəniş müəyyən edib.
 
Moderator.az xəbər verir ki, "Bloomberg" bu barədə Şuranın nizamnaməsinə istinadən məlumat yayıb.
 
"Tramp administrasiyası onun yeni Sülh Şurasında daimi yer almaq istəyən ölkələrdən azı bir milyard dollar ödəmələrini xahiş edir", - deyə materialda bildirilir.
 
Qeyd edilir ki, Şuraya daxil olan hər bir ölkə orada üç il yer tutmaq hüququna malik olacaq. Bununla belə, əgər nizamnamə qüvvəyə mindikdən sonra ölkə ilk il ərzində Şuranın büdcəsinə bir milyard dollardan çox vəsait köçürərsə, onun üzvlüyü daimi xarakter alacaq. Belə müddətsiz üzvlüyün uzadılması imkanı isə şəxsən sədrin - yəni Trampın səlahiyyətində olacaq.
 
Link kopyalandı!
Son xəbərlər