Bizi sosial şəbəkələrdən izləyin:
Portuqaliyada prezident seçkiləri keçirilir. Ali dövlət vəzifəsi uğrunda ümumilikdə 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır.
Moderator.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə 23:00) qədər fəaliyyət göstərəcək.
Səsvermənin ilkin nəticələrinin gecə saatlarında elan edilməsi gözlənilir. Qaydalara əsasən, əgər namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, fevralın 8-də seçkilərin ikinci turu keçiriləcək.