Argentina Qəzza Sülh Şurasına qoşula bilər
Dünya
176
08:47, Bu gün

Argentina Qəzza Sülh Şurasına qoşula bilər

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza Sülh Şurasının həmtəsisçilərindən olmağa dəvət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Prezidenti Xavyer Miley "X" sosial media platformasında məlumat verib.
 
Miley qeyd edib ki, Şurada iştirak etmək böyük məsuliyyət və şərəfdir.
 
O əlavə edib ki, bu təşkilatın məqsədi silahlı münaqişənin bürüdüyü bölgələrdə sülh yolu ilə həlli təmin etməkdir. Qəzza zolağı Şuranın ilk sınağı olmalıdır.
 
Qeyd edək ki, daha əvvəl Tramp oxşar təklifləri Kanada, Misir və Türkiyə liderlərinə göndərib. Kanada Baş naziri Mayl Karni artıq bu təklifi qəbul edib.
Link kopyalandı!
Son xəbərlər