Milyarderin qızı atasına kömək edən banklara qarşı 12 milyard dollarlıq iddia qaldırdı
Dünya
373
21:07, Bu gün

Milyarderin qızı atasına kömək edən banklara qarşı 12 milyard dollarlıq iddia qaldırdı

Kanadalı milyarder Con Dikin varisi Tanya Dik-Stok ABŞ-də bir neçə banka qarşı iddia qaldırıb.

Moderator.az xəbər verir ki, banklar qadının atasına ailə fondunu mənimsəməkdə kömək etdikləri üçün məhkəməyə verilib.

"New York Post" qəzetinin məlumatına görə, varis dünyanın ən böyük banklarına qarşı 12 milyard dollarlıq iddia qaldırıb. Qadın maliyyə qurumlarını atasına 350 milyard dollarlıq ailə fondunun oğurlanmasında kömək etməkdə ittihamlayır.

Söhbət "Barclays", "HSBC" və bir neçə maliyyə qurumlarından gedir. Bu qurumlar ailə fonduna məxsus 350 milyon dollarlıq vəsaiti Con Dikin şəxsi hesabına yönəldiblər.

İddia olunur ki, Con Dik azyaşlıların seks ticarəti ilə məşğul olan Ceffri Epşteynin köməkçisi Gisleyn Maksvellin ailə üzvləri də daxil olmaqla, bir qrup beynəlxalq fırıldaqçıya sərvətlərini gizlətməyə kömək edib.

Con Dikin "La Hougue" şirkəti hazırda ABŞ Senatının Maliyyə Komitəsi tərəfindən araşdırılır. Şirkət Epsteinin beynəlxalq uşaq alveri şəbəkəsini dəstəkləməkdə şübhəli bilinir.

 

(Teleqraf)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər