22:34
4°C
Bakı
Fevralın 1-dən etibarən ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Niderland və Finlandiyanın ABŞ-a göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O, bu rəqəmin iyunun 1-dən etibarən 25 faizə qaldırılacağını deyib.
Tramp əlavə edib ki, dünya sülhü təhlükədədir və bu tarif Qrenlandiyanın tam satınalma sazişi imzalanana qədər ödəniləcək.
(Publika)