Dünya
802
21:02, Bu gün

"Avropada şok: Mers Rusiyanı "ən böyük qonşu" adlandırdı" - "Sohu" (Çin) 

"Almaniya kansleri Rusiya ilə münasibətləri normallaşdırmağa çağırır,  bu bəyanat müttəfiqləri çaşdırıb..."

Almaniya kansleri Fridrix Mers Rusiyanı "Avropanın ən böyük qonşusu" adlandırıb və bu, siyasi dairələrdə böyük həyəcan yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə Çinin "sohu.com" nəşri yazıb.

Mers və Avropada şok

Nəşr yazır ki, bir neçə ay öncə isə kansler Bundesveri "Avropanın ən güclü ordusu" etmək və Ukraynaya silah tədarükünü artırmağa  tərəfdarı çıxıb. İndi isə Mers Moskva ilə dialoqa və Rusiya-Ukrayna münaqişəsinin üç mərhələli həllinə - "atəşkəs - Ukrayna üçün təhlükəsizlik zəmanətləri - uzunmüddətli sülh müqaviləsi"nə çağırır.

Nəşrin yazdığına görə, Avropada artıq 50 fauzdən çox alman vətəndaşı Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətlərinə qarşı çıxır. Mersin bəyanatı Almaniyanın reallıqla üzləşdiyini və qeyri-realist vədlərə dözmək istəmədiyini göstərir.

İqtisadi və daxili təzyiqlər

Almaniya son iki ildə iqtisadi çətinliklər yaşayır: yüksək enerji qiymətləri istehsalın azalmasına səbəb olub, ABŞ-la ticarət münaqişələri ixracata mənfi təsir göstərib. Bu şəraitdə Ukraynaya yardım maliyyə baxımından artıq məqsədəuyğun deyil.

Daxili siyasətdə də Mers üzərində təzyiq var. Sağçı "Almaniya üçün Alternativ" partiyasının populyarlığı artır, əhalinin yarısından çoxu Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətlərini dəstəkləmir. Bu şəraitdə sərt mövqe sosial gərginliyi artırar.

Kanslerin dönüşü və Avropada balans axtarışı

Mersin Rusiya ilə dialoqa çağırması Avropada balans axtarışının nəticəsidir. O, Fransa və Böyük Britaniya ilə birlikdə nüvə təxribatına qarşı Avropa sistemi yaratmağı və müdafiə xərclərini artırmağı təklif edib, lakin bu, qısa müddətdə reallaşması çətin planlardır.

Daxili mənbələr bildirir ki, Berlin Rusiya və Ukrayna arasında gizli danışıqlar üçün vasitəçi olmağa hazırlaşır. Bu addım Polşa və Baltikyanı ölkələr üçün narahatlıq doğursa da, Fransa və İtaliya üçün ümidvericidir - nəhayət, kimsə real diplomatiya ilə çıxış edir. Mersin "Rusiyanın Avropanın ən böyük qonşusu olması" bəyanatı isə açıq siqnal olub: Avropa illuziyalarda yaşamayıb, realist siyasətə keçməyə məcburdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər