21:47
4°C
Bakı
İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan keçmiş milli voleybolçu Derya Çayırqanın prokurorluğa verdiyi ifadədə maraqlı detal üzə çıxıb.
Moderator.az xəbər verir ki, qadın bələdiyyə sədri Ekrem İmamoğlunun ona vəzifə təklif etdiyini bildirib.
İddialara görə, Çayırqan ifadəsində Ekrəm İmamoğlu ilə görüşdüyünü qeyd edib. Sabiq voleybolçunun sözlərinə görə, İmamoğlu ona bələdiyyənin idman idarəsində menecer vəzifəsi təklif edib.
(Oxu.az)