20:24
5°C
Bakı
İngiltərə Premyer Liqasının 22-ci turunda Mançester derbisi baş tutub.
Moderator.az xəbər verir ki, "Mançester Yunayted" Old Traffordda "Mançester Siti"ni qəbul edib.
Meydan sahibləri yeni baş məşqçi Maykl Kerrikin rəhbərliyi altındakı ilk matçda inamlı qələbə qazanıblar. "Mançester Yunayted"in hücumçusu Brayan Mbemo ikinci hissənin 65-ci dəqiqəsində hesabı açıb. Yarımmüdafiəçi Patrik Dorqu 76-cı dəqiqədə ev sahibi komandanın ikinci qolunu vurub - 2:0.
Premyer Liqanın 22 turundan sonra "Qırmızı şeytanlar" 35 xalla dördüncü, "şəhərlilər" isə 43 xalla ikinci yerdədirlər.