Türkiyənin Ankara şəhərində yaşayan 55 yaşlı Necla Özmen adlı qadın ABŞ Prezidenti Donald Trampın bioloji atası olduğunu iddia edərək açdığı iddianın məhkəmə tərəfindən “yetərli sübut olmaması” səbəbi ilə rədd edildiyini bildirmişdi.
Moderator.az xəbər verir ki, Trampın atası olduğunu iddia edən Necla Özmen Türkiyədə məşhur olan Hayrettin proqramında qonaq olub.
O, illər əvvəl bir türk ailəsinə övladlıq verildiyini iddia edərək bunları deyib:
“İnanmaq çətindir amma gerçəkdir. Məni böyüdən anam hər şeyi izah edib. Trampda artıq bilir, ona əlimin çatması üçün bu yolu seçdim.”
Verilişdə qonaq olan digər bir qadın Özmenin üz cizgilərini analiz edərək onun yüzdə 99 faiz Trampın qızı olduğunu söyləyib və “Qan analizinə ehtiyac yoxdur” deyə bildirib.
Verilişdə səsləndirilən bu açıqlama sosial mediada qısa zamanda gündəm olub və Türkiyədə geniş müzakirələrə səbəb olub.
