Ukrayna Çexiya ilə mənzillərin bərpası və icmaların enerji dayanıqlılığını müzakirə edib
Dünya
288
14:30, Bu gün

Ukrayna Çexiya ilə mənzillərin bərpası və icmaların enerji dayanıqlılığını müzakirə edib

Çexiya Prezidenti Petr Pavel və Ukrayna Baş nazirinin müavini – icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba mənzillərin bərpası və icmaların enerji dayanıqlılığı məsələlərini müzakirə ediblər.

Bu barədə Moderator.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Çexiya Prezidenti hazırda Ukraynaya səfərdədir.

Baş nazirin müavini icmalar üçün modul enerji avadanlığına daha çox ehtiyac olduğunu vurğulayıb.

A.Kuleba Çexiyanın regionların bərpasına töhfəsini qeyd edib. Xüsusilə, Çexiya Ukraynanın Dnepropetrovsk vilayətində generator təchizatı, tibbi avadanlıq və s. təmin edir, həmçinin məktəb və xəstəxanaların bərpasını dəstəkləyir. Kiyev vilayətində 10 milyon avrodan çox dəyəri olan uşaq xəstəxanasının modernizasiya layihəsi birgə həyata keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər