Xarkovda çoxmərtəbəli binada partlayış olub, 2 nəfər ölüb
Dünya
290
14:17, Bu gün

Xarkovda çoxmərtəbəli binada partlayış olub, 2 nəfər ölüb

Xarkovun Saltovsk rayonunda yerləşən çoxmərtəbəli binada baş verən partlayış nəticəsində 2 nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar departamentinin direktoru Boqdan Qladkix məlumat yayıb.

Məlumata görə, partlayış zamanı mənzildə kişi və qadın olub. Ölənlərin şəxsiyyəti müəyyən edilir.

Bundan əlavə, alt mərtəbədə yaşayan iki sakin xəsarət alıb.

Bildirilib ki, partlayış qaz balonunun partlaması nəticəsində baş verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər