Rusiyada miqrantlarla bağlı yeni qaydalar müəyyənləşdi
Dünya
214
12:50, Bu gün

Rusiyada miqrantlarla bağlı yeni qaydalar müəyyənləşdi

Rusiya Daxili İşlər Nazirliyi miqrantların gəlirləri barədə məlumatları vergi orqanlarından avtomatik alacaq.

Moderator.az TASS-a istinadən xəbər verir ki, sözügedən müddəa hökumətin rəsmi qərarında yer alıb.

Məlumatlar şirkətlərin sığorta haqları hesabatlarından götürüləcək.

Bu tədbirin Rusiyada əcnəbilərin saxta işə götürülməsi ilə mübarizə aparmaq üçün həyata keçirildiyi bildirilir.

Hökumətin iştirakı ilə Maliyyə Nazirliyi, Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi məsul tərəflər kimi təyin edilib. İcra üçün son tarix dekabra qədərdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər