13:45
7°C
Bakı
Sakit okeanın Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 09:46-da (Bakı vaxtı ilə 10:46 - red.) qeydə alınıb.
Zəlzələnin episentri regional mərkəzdən təxminən 190 km məsafədə, ocağı isə təxminən 39,4 km dərinlikdə yerləşib.
Mütəxəssislər yeraltı təkanların Petropavlovsk-Kamçatskidə dörd bal gücündə hiss olunduğunu açıqlayıblar.
İtki və dağıntı barədə məlumat verilməyib.