Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqes ölkə hökumətində bir sıra kadr dəyişiklikləri həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə D.Rodriqes "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun qərarlarından biri Sənaye və Milli İstehsal, eləcə də Milli Ticarət nazirliklərini bir qurumda birləşdirmək olub.
"Mən ölkənin iqtisadi inkişafında mühüm rol oynayan Sənaye, Milli İstehsal və Milli Ticarət nazirliklərini birləşdirmək qərarına gəldim. Yeni quruma nazir Luis Antonio Villeqas rəhbərlik edəcək", - D.Rodriqes qeyd edib.
O, həmçinin Nəqliyyat, Ekososializm, Rabitə və İnformasiya nazirliklərinin rəhbərlərini də dəyişib. Bütün yeni nazirlər əvvəlki hökumətin tərkibində olublar və ya Venesuelada hakim Sosialist Partiyasının üzvləridirlər.