Makron gözlərini eynək altında gizlətdi
Dünya
257
10:50, Bu gün

Makron gözlərini eynək altında gizlətdi

Fransa prezidenti Emmanuel Makron Yelisey Sarayında Yeni Kaledoniyanın institusional gələcəyinə həsr olunmuş görüşə eynəklə qatılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

"Eynəyə görə üzr istəyirəm, bu, kiçik bir problemlə bağlıdır. Bir müddət eynək taxmalı olacağam, siz də bununla barışmalı olacaqsınız", - deyə E.Makron bildirib.

Görüşdə Fransa prezidenti Yeni Kaledoniyanın institusional strukturunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Fransa rəhbəri vurğulayıb ki, "Dövlət Yeni Kaledoniya institutlarının sabitləşdirilməsi istiqamətində hörmət hissini gözləməklə, güc tətbiq etmədən" irəliləməyə davam etmək istəyir.

Yanvarın 15-də Fransa prezidenti İstr aviabazasında hərbçilərin qarşısına gözü qızarmış halda çıxıb. Yerli KİV-in məlumatına görə, Makronun görünüşü fransızların özünü də narahat edib. Prezident bu vəziyyətini zarafatla ötüşdürməyə çalışıb.

Sosial media istifadəçiləri E.Makronun gözünü həyat yoldaşı Bricit Makronun göyərdə biləcəyini ehtimal ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər