Fransa Milli Assambleyasının vitse-prezidenti Klemens Getenin ölkənin NATO-dan çıxmasına çağıran təşəbbüsü alyansda fikir ayrılıqları fonunda reallaşa bilər.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri məlumat yayıb.
Nəşrdə qeyd edilib ki, uzun müddətdir baş verməsi xəyal sayılan hal birdən-birə reallığa çevrilir:
"Fransanın NATO-dan çıxması ABŞ-nin açıq imperiya siyasətinə qayıtması nəticəsində yenidən aktuallaşıb".
Gete müsahibəsində bildirib ki, beynəlxalq hüququ tanımayan bir gücün rəhbərlik etdiyi alyansda Fransanın üzv statusunu qoruyub saxlaması onun üçün arzuolunmazdır:
"Bu, ölkənin sabitliyini sarsıdır və dövləti milli maraqlara zidd olan münaqişələrə cəlb olunma riski ilə üz-üzə qoyur".
Ölkə prezidenti Emmanuel Makron da NATO-nun inkişaf istiqaməti ilə bağlı şübhələrini gizlətmir və Fransa qoşunlarını Qrenlandiyada yerləşdirməklə Vaşinqtondan gələn təhlükəyə qarşı planlar qurur.