11:43
5°C
Bakı
Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri fonunda NATO-nun Beşinci maddəsini xatırladıb.
Moderator.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
“Bizim tərəfdaşlığımız qüvvədə qalır, NATO-nun Nizamnaməsinin Beşinci və İkinci maddələri üzrə öhdəliklərimiz də qüvvədədir və biz onları tam şəkildə dəstəkləyirik”, – deyə Karni bildirib.
Onun sözlərinə görə, Kanada hesab edir ki, Qrenlandiya öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməlidir.