Nobel Komitəsi Trampın Maçadonun mükafatının sahibi olmadığını bildirib
Dünya
182
08:50, Bu gün

Nobel Komitəsi Trampın Maçadonun mükafatının sahibi olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp venesuelalı müxalifətçi siyasətçi Maria Korina Maçadonun ona medal təqdim etməsindən sonra Nobel Sülh Mükafatının sahibi olmayıb.

Moderator.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, medalın, diplomun və ya pul mükafatının taleyindən asılı olmayaraq, tarixdə mükafatın sahibi kimi məhz laureat qalır.

Hətta medal və ya diplom sonradan başqa bir şəxsin mülkiyyətinə keçsə belə, bu, Nobel Sülh Mükafatının konkret şəxsə verilməsi faktını dəyişmir.

Vurğulanır ki, Nobel Sülh Mükafatı geri alınmır, onun verilməsi ilə bağlı qərar isə yekundur və müddətsiz qüvvədə qalır.

Link kopyalandı!
Son xəbərlər