KİV:
Dünya
190
08:20, Bu gün

KİV: "Taxt-tac oyunları"nın müəllifi 15 ildir əsərin davamı üzərində işləyir

"Taxt-tac oyunları" teleserialının əsasında dayanan "Buz və od nəğməsi" kitab silsiləsinin müəllifi Corc R.R.Martin bu seriyadan olan yeni kitabı yazmaq üçün 15 ildir çalışır.

Moderator.az xəbər verir ki, bu barədə "The Independent" məlumat verib.

1996-2011-ci illər arasında müəllif "Buz və od nəğməsi" silsiləsindən beş kitab nəşr etdirib.

77 yaşlı Martin yeni müsahibəsində kitab yazmağın daha da çətinləşdiyini etiraf edib. O bildirib ki, yeni əsəri tezliklə başa çatdıra biləcəyi ilə bağlı çox nikbindir.

Yazıçı əlavə edib ki, "Qış küləkləri" adlı yeni əsərində əvvəlki kitabda vəfat edən Con Snou haqqında da fəsil olacaq.

Link kopyalandı!
Son xəbərlər