Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır
Dünya
199
08:00, Bu gün

Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır

Tədqiqatçılar aşkar ediblər ki, Nil və Amazon da daxil olmaqla, planetin ən böyük iyirmi çay deltası qlobal dəniz səviyyəsinin qalxmasından daha sürətlə dayazlaşır.

Moderator.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Müəlliflər iddia edirlər ki, yeraltı suların çıxarılması dünya miqyasında çay deltalarının dayazlaşmasının əsas səbəbidir.

Eyni zamanda, şəhərlərin genişlənməsi və çay sularından istifadənin artması da ümumi tendensiyaya təsir göstərir.

Müəlliflər xəbərdarlıq edirlər ki, bugünkü çay deltaları ikiqat yüklənib. Bütün bunlar fəlakətli daşqınlar və milyonlarla insanın köçkünlük riskini artırır.

Link kopyalandı!
Son xəbərlər