Çin Rusiyadan elektrik enerjisinin alışını dayandırıb.
Moderator.az xəbər verir ki, əsas səbəb Rusiyana elektrik enerjisinin ixrac qiymətlərinin artmasıdır.
"Kommersant" qəzeti mənbələrə istinadən xəbər verir ki, yüksək elektrik enerjisi qiymətləri Pekin üçün sərfəli deyil.
Çinlə müqavilə 2012-ci ildə imzalanıb və 2037-ci ilə qədər qüvvədədir. Rusiya il ərzində Çinə təxminən 4 milyard kVt/saat elektrik enerjisi tədarük edirdi.
Müqavilədə elektrik enerjisinin qiymətinin müəyyənləşdirilməsi formulu açıqlanmır. Çində elektrik enerjisinin qiymətləri faktiki olaraq dəyişməz olaraq qalır.
Rusiya Energetika Nazirliyi bildirib ki, hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq şərtləri əldə edildikdən sonra tədarük bərpa oluna bilər. "Inter RAO" Çinlə ixrac müqaviləsinin qüvvədə qaldığını və onu ləğv etmək planının olmadığını bildirib.